Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.
Vasif Talıbovun həmçinin yeni yaradılmış quruma rəis təyin edib.
Belə ki, onun sərəncamı ilə əvvəllər Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi vəzifəsində çalışan Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəis gətirilib.