"Düşənbədə Rusiya və Azərbaycan Prezidentləri arasında görüşdə Vladimir Putin ən son əldə etdiyi məlumatlar əsasında bildirdi ki, Rusiya ərazisində Ukrayna PUA-sı olub, lakin təyyarəmizin vurulma səbəbi raket partlayışı nəticəsində onun qalıqlarının AZAL təyyarəsini zədələməsi oldu. Amma bir fakt deyim ki, yaxın günlərdə Rusiya İstintaq Komitəsinin rəhbəri tərəfindən imzalanan məktub Azərbaycana təqdim edilib".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
"Azərbaycan üçün ciddi təəccüb doğuran məqamlar var. Aleksandr Bastrıkin bu işlə bağlı cinayət işinə xitam verilməsi məsələsini bölüşüb. Bu, ciddi suallar yaradır və təəccüb doğurur. Həmin məktuba cavab olaraq müvafiq qurum tərəfindən təfsilatlı mövqe ortaya qoyulub. Güman edirik ki, bu məsələyə də aydınlıq gətiriləcək", - nazir diqqətə çatdırıb.
Mərahim Nəsib