Bu gün Pakistanın Baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri başlayır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin dəvəti ilə həyata keçirilən səfər 3 gün davam edəcək.
N.Şərifi yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir. Səfərdə məqsəd ikitərəfli münasibətləri dərinləşdirməkdir. N.Şərif Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə və digər rəsmi şəxslərlə görüşəcək.
A.M.