Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Njdenin türklər haqqında sözlərinin ekstremist fikir sayılması üçün Rusiya Baş prokuroruna müraciət olunub
Rusiyadakı Azərbaycan diasporu ermənilərin yerkramas.org saytının bağlanması və rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün Rusiya Federasiyasının Baş prokuroruna müraciət edib.
APA-nın verdiyi məlumata görə, Moskva vilayəti Regional Milli Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimovun adından Baş prokuror İqor Krasnova göndərilən müraciətdə faşist Qaregin Njdenin “Türklə mübarizəsiz bir günümüz keçməməlidir” fikrini özünə şüar seçən yerkramas.org saytının bağlanması və rəhbərliyinin cinayət və inzibati məsuliyyətə cəlb olunması xahiş olunur.
Müraciətdə indiyə kimi Azərbaycan diasporunun “Yerkramas”ın fəaliyyətini dayandırması istiqamətində gördüyü işlər də açıqlanıb. Bildirilib ki, çoxmillətli Rusiyada milli zəmində ədavəti qızışdırdığı iddiası ilə saytın bağlanılması və rəhbərliyi barəsində tədbir görülməsi üçün “Roskomnadzor”a müraciət olunub. “Roskomnadzor”un həmin müraciətə cavabında “Yerkramas”ın Krasnodar diyarının Pervomaysk rayon məhkəməsinin 2016-cı il 14 noyabr tarixli qərarı ilə KİV qeydiyyatı şəhadətnaməsi ləğv edilib. Məlum olub ki, həmin dövrdən ermənilərin feyk məlumatlar yayan saytı KİV kimi Rusiyada qeydiyyatda deyil. Ona görə də, saytın fəaliyyətinə “Roskomnadzor”un nəzarət etməsi mümkün deyil.
Bu səbəbdən Azərbaycan diasporu Rusiya Baş prokurorundan ekstremist fəaliyyətə çağırış edən yerkramas.org saytına girişin məhdudlaşdırılmasını, saytın rəhbərliyinin cinayət və inzibati məsuliyyətə cəlb edilməsini, saytda gedən materialların ekstremist hesab olunmasını xahiş edib.
Bundan başqa, Azərbaycan diasporu Baş prokurordan faşist Qaregin Njdenin “Türklə mübarizəsiz bir günümüz keçməməlidir” fikrinin bundan sonra heç bir KİV və QHT tərəfindən istifadə olunmaması üçün ekstremist fikirlər siyahısına salınmasını xahiş edib.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Rusiyada kişinin gözünə mismar girdi
- Rusiyada naməlum şəxs uşaq bağçasında odlu silahdan atəş açdı: Yaralanan var
- Avropa Rusiyaya qarşı genişmiqyaslı silahlanmaya hazırlaşır
- Kolinda Qrabar-Kitaroviç: "Atəşkəs beynəlxalq hüquqa əsaslanmalıdır"
- Uşakov Ukraynanın NATO-ya daxil olmasına Rusiya və ABŞ-nin münasibətini açıqladı