İstanbulda Azərbaycan və Ermənistandan olan qadınlar arasında görüş olacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.
Novella Cəfəroğlu deyib ki, Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və Ermənistanın Qadın Mərkəzinin təşkilatçılığı ilə 1-5 dekabr tarixlərində İstanbulda Azərbaycan və Ermənistandan olan qadınlar arasında görüş olacaq.
İstanbulda keçiriləcək görüşdə Beynəlxalq İnsan Haqları Cəmiyyəti Milli Komitəsinin sədri Səadət Bənənyarlı, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri Səidə Qocamanlı, Qadınların Rasional İnkişaf Birliyinin sədri Rəna Tahirova, “Yuğa” Gənclər Təşkilatının sədri Pərvanə Məmmədova da iştirak edəcək.