Müstəqilliyini qazandıqdan sonra Azərbaycanın tarixi nailiyyəti özünün sabitliyini, təhlükəsizliyini və dinamik inkişafını təmin etməsidir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
“Şübhə yoxdur ki, xalqının Prezidentinə inamı, xalqla Prezidentin birliyi bu tarixi nailiyyəti həmişə qoruyacaq və davam etdirəcəkdir”, - PA rəsmisi qeyd edib.