Bu gün miqrant-qaçqın böhranının müstəmləkə siyasətindən miras qalması haqqında danışmaq sərfəli deyil.
Amma əsas məsələ bu böhranı yaradan səbəblər və ölkələr haqqında dərin elmi araşdırmanın nəticəsi olan məlumatın yayılmasıdır.
Oxu.Az xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
O bildirib ki, geosiyasi maraqlar uğrunda informasiya müharibəsinin yeni mərhələsi başlayır.