ABŞ prezidenti Barak Obama Suriyada genişmiqyaslı hərbi əməliyyatı başlanılması imkanlarını nəzərdən keçirmir.
Oxu.Az Lenta.Ru-ya istinadən xəbər verir ki, Suriya hərbçilərinin kimyəvi silah tətbiq etmələrinə dair sübutlar aşkarlandığı halda ABŞ rəhbərliyi yalnız ölkənin iki gün müddətində raket atəşinə tutulması ilə kifayətlənmək niyyətindədir, The Washington Post yazır.
Qəzetin ABŞ prezidenti administrasiyasındakı müsahibləri qısamüddətli raket atəşini “tərbiyələndirici xarakterli tədbirlər” adlandırıblar.
Qəzet qeyd edir ki, Ağ Evdə bu qərarı ideal hesab edirlər. ABŞ Suriyada uzun çəkə biləcək müharibəyə qoşulmaq istəmir, lakin digər tərəfdən qaz hücumlarının qarşısını almaq niyyətindədir.
Gözlənilir ki, hökumət qoşunlarının mövqeləri gəmilərdən atəşə tutulacaq, lakin strateji bombardmançıların da tətbiqi istisna olunmur.