Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 2 500 manatadək cərimələnəcək
Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 2500 manatadək cərimələnəcək.
Oxu.Az Prezident.Az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Belə ki, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər 1 000 manatdan 1 200 manatadək məbləğdə, vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək.
"Cərimə" teqi üzrə xəbərlər
- Bəzi cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
- Azərbaycanda iki bankın vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb ediliblər
- Qusar xəstəxanası 20 min, direktoru üç min manat cərimələndi
- Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika cərimələndi
- Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləği 6 dəfə artırılıb
Ən çox oxunanlar