Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür edib
“Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir”.
“Report” xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
“Biz birgə iqlim siyasətinə dair məsələləri müzakirə edə bilərik. 2035-ci ilə qədər yeni iqlim hədəfləri formalaşdıra bilərik. İqlim maliyyələşməsinə biz büdcədən 6 milyard avro ayırmışıq, ümumilikdə 10 milyard avro səfərbər etmişik. Özəl sektoru da biz iqlim mövzusuna səfərbər etməliyik. COP29-da bu istiqamətdə müəyyən razılaşmalar əldə edəcəyimizə əminəm”, - o qeyd edib.
O.Şolts Prezident İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsi üçün təşəkkür edib.
“Mən əminəm ki, biz əməkdaşlığımızı daha da dərinləşdirəcəyik”, - kansler deyib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib
- İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib
- İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib
- İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib