Növbədənkənar parlament seçkisində ən yüksək seçici fəallığı olan dairə məlum olub.
APA-nın xəbərinə görə, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 122 saylı Xankəndi Seçki Dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 49,48 % olub.
Saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 122 saylı Xankəndi seçki dairəsidir.
"Report" xəbər verir ki, həmin seçki dairəsindən 42,7 faiz seçici (2 min 834 nəfər) indiyədək səsvermə hüququndan istifadə edib.
Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə isə 54 saylı Mingəçevir seçki dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 12,8 faiz (6 min 447 nəfər) olub.
Qeyd edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçki keçirilir.
Parlament seçkini üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılıb. Səsvermə isə 19:00-a qədər davam edəcək. Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Xatırladaq ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
"Ölkə üzrə seçici fəallığı ən yüksək olan seçki dairəsi 122 saylı Xankəndi seçki dairəsidir".
"Report" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, saat 12:00-a olan nəticələrə görə, həmin seçki dairəsində seçici fəallığı 32,6 faizdir (2182 nəfər).
Bildirilib ki, 54 saylı Mingəçevir seçki dairəsində seçici fəallığı aşağıdır. Bu dairədə seçicilərin cəmi 7,5 faizi (3768 nəfər) səs verib.
Qeyd edək ki, növbədənkənar parlament seçkisi ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Seçki məntəqələri saat 08:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.