Rəsmi statistikaya əsasən, Azərbaycanda 2024-cü ildə cinayət törətmiş şəxslərin 55.6 faizi əmək qabiliyyətli yaşda olub, işləməyən və oxumayan şəxslərdir.
Oxu.Az xəbər verir ki, bu məlumat Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı"nda yer alıb.
Qeyd edilib ki, 2023-cü ildə əməkqabiliyyətli yaşda olub, işləməyən və oxumayanlar cinayət törətmiş şəxslərin 56.8 faizini, 2022-ci ildə isə 60.4 faizini təşkil etmişdir