Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Özgür Özəl İlham Əliyevə zəng etdi
Noyabrın 8-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Özgür Özəl Azərbaycanın ərazi bütövlüyünün bərpası, 44 günlük Vətən müharibəsində Qələbənin dördüncü ildönümü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb, Vətən uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərə Allahdan rəhmət diləyib.
"Qarabağın azad olunmasına öz torpaqlarımızın azad olunması qədər sevindik", - deyən partiya sədri Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" ifadəsini xatırladıb.
Özgür Özəl Cümhuriyyət Xalq Partiyasının Avropa Şurası Parlament Assambleyasında və Sosialist İnternasionalında Azərbaycanı müdafiə etdiyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı telefon zənginə və təbriklərə görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, əvvəllər müəyyən yanlışlıqlar olub, amma bunlar keçmişdə qalıb. Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyası ilə CHP arasında əməkdaşlığın müsbət istiqamətdə cərəyan etdiyini vurğulayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Gürcüstanın yeni seçilmiş prezidentini təbrik etdi
- Prezident İlham Əliyev iki ölkə ilə imzalanmış vacib sənədləri təsdiq etdi
- Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləği 6 dəfə artırılıb
- Azərbaycanda cərimələrdən biri 10 dəfə ARTIRILDI
- Leyla Əliyeva Ruanda prezidenti ilə görüşüb