Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Parlamentdə eyni məsələ ilə bağlı iki qanun layihəsi?
Milli Məclisin payız sessiyasında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıla bilər.
Bu barədə Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.
O bildirib ki, qanun layihəsinin üzərində iş aparılır.
Bundan əvvəl, 2011-ci ildə deputat Qüdrət Həsənquliyev Milli Məclisə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi təqdim edib.
T.Gəncəliyev isə deyib ki, yeni hazırlanan qanun layihəsinin Q.Həsənquliyevin müəllifi olduğu sənədlə əlaqəsi yoxdur.
Məsələ ilə bağlı Q.Həsənquliyev də saytımıza açıqlama verib. Millət vəkili söyləyib ki, təki qanun qəbul edilsin.
“Həmin qanun layihəsini özləri hazırlayırlar. Təki qəbul olunsun. Müzakirələr zamanı yəqin ki, mən də təkliflər verərəm”,- deyə Q.Həsənquliyev əlavə edib.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Parlament yetkinlik yaşına çatmayanların işləri ilə bağlı əsasnaməyə dəyişikliyi qəbul edib
- Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək
- Parlament Azərbaycan diplomatları və ailə üzvləri üçün güzəştlərə "hə" dedi
- "Diplomatik xidmət haqqında" yeni qanun layihəsi son oxunuşda təsdiqlənib
- Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30-a endirilir - Parlament TƏSDİQLƏDİ