Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paşinyan: “Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb”
Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
O bildirib ki, bu prinsiplər 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində razılaşdırılıb.
Görüş zamanı, həmçinin, Cənubi Qafqazdakı cari vəziyyət, o cümlədən regional kommunikasiyaların açılması məsələsi müzakirə olunub.
Mənbə: News.am
Ən çox oxunanlar