Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paşinyan Putinin İrəvanda mümkün həbsini şərh edib
“Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir”.
Bu barədə Paşinyan Putinin BCM-nin orderi ilə əlaqədar İrəvana gələcəyi təqdirdə onun həbsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən “The Telegraph” qəzetinə müsahibəsində deyib.
“2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib, kimin həbs olunmamasına baş nazir qərar vermir”, - hökumət başçısı vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib. Bu, İrəvanı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.
Mənbə: TASS
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Putin: "Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının həmişə tərəfdarı olub"
- İdeyasız qalan erməni lobbisi, diasporu: Yeni hədəf Vardanyanın pullarıdır
- Paşinyan: "Sosial mediada ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur"
- Paşinyan: "Ermənistan və Azərbaycan sərhəddə üçüncü ölkələrin qüvvələrini yerləşdirməyəcək"
- Paşinyandan Azərbaycanla sülh sazişi ilə bağlı AÇIQLAMA