Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paşinyandan Qarabağla bağlı taktiki gediş – ŞƏRH
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyanı dəyişmək istəyir.
Bu sözləri Oxu.Az-a açıqlamasında azərbaycanlı politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Bako Saakyan keçmiş prezident və baş nazir Serj Sərkisyanın adamıdır.
“Bu isə Paşinyan üçün hər an təhlükə yarada bilər. Ermənistanda siyasi ab-havanı həm də Dağlıq Qarabağdakı vəziyyət müəyyənləşdirir. Yaxın tarix də bundan xəbər verir. Zamanında Levon Ter-Petrosyan prezident olanda da onun əsas opponentləri məhz Qarabağdakı separatçılar idi və elə onu devirənlər də Qarabağdan gələnlər oldu”, - ekspert qeyd edib.
Şahinoğlu əmindir ki, əgər Paşinyan keçmiş şefinin bu səhfindən gərəkli nəticə çıxarıbsa, Dağlıq Qarabağda Bako Saakyanı sakitcə öz tərəfdarı ilə dəyişməyə çalışacaq.
“Əks halda Serj Sərkisyan – Bako Saakyan cütlüyü gələcəkdə Paşinyanın hakimiyyətini laxlada bilər”, - politoloq əlavə edib.
Əli Məmmədov
www.oxu.az
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan rəhbərliyinin gizlədə bilmədiyi ərazi xəyalları
- Paşinyan yenə sərsəmlədi: "Bu, Ermənistanın siyasi xəritədən silinməsi ilə nəticələnə bilər"
- Politoloq: "Aİ-nin Ermənistandakı missiyasının uzadılması Rusiya və Azərbaycan əleyhinə addımdır"
- Yoxsulluq, çöküş - Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir?
- İran Ermənistana qoşun yeritməyə hazırdır