Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Peşə təhsili müəssisələrində çalışan müəllimlərin əməkhaqları artırıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Bu barədə AZƏRTAC məlumat verib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Valentina Matviyenko İlham Əliyevi təbrik edib
- Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək
- Prezident bir sıra idmançılara və idman mütəxəssislərinə diplom, medal və fərdi təqaüd verdi
- Prezident: "Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir"
- Prezident İlham Əliyev Roma Papasını təbrik edib