Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Pezeşkian: "İran Avropa ölkələri ilə konstruktiv dialoqa ümid edir"
"İran Avropa ölkələri ilə konstruktiv dialoqa ümid edir".
Oxu.Az NEWS.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkənin yeni Prezidenti Məsud Pezeşkian seçildikdən sonra dünyaya müraciətində bildirib.
"Çin və Rusiya çətin anlarda bizə ardıcıl dəstək veriblər və biz bu dostluğu dərindən qiymətləndiririk. Rusiya İranın dəyərli strateji müttəfiqi və qonşusudur və mənim administrasiyam əməkdaşlığımızı genişləndirməkdə və gücləndirməkdə davam edəcək", - dövlət başçısı Rusiya və Çin ilə münasibətlərdən də danışarkən qeyd edib.
O, müraciətində əlavə edib ki, İran hakimiyyəti Rusiya və Ukrayna arasında sülhü təmin etməyə çalışır. Pezeşkianın sözlərinə görə, o, Moskva ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa, xüsusən BRİCS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyi vasitəsilə bundan sonra da üstünlük verəcək
Məsud Pezeşkian Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Oman, Bəhreyn, Qətər, Küveyt və regional təşkilatlarla əməkdaşlığa hazır olduğunu bildirib.
"Məsud Pezeşkian" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Pakistanın Baş nazirinə məktub ünvanlayıb
- İran 40 ildir siyasi əlaqələri olmayan Misirdə səfirlik açmağa ümid edir
- Əli Əsədov Qahirədə Rəcəb Tayyib Ərdoğan və digər dövlət başçıları ilə görüşüb
- Ərdoğanla Pezeşkian Qahirədə görüşdülər
- İranın dalana dirənməsinin doqquz səbəbi: SEPAH-ın Tehranı təmizə çıxarmaq cəhdi