Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Politico": Cənubi Qafqaz ölkələri münasibətləri normallaşdırmaq yolunda irəliləyirlər
"Ermənistan hökuməti ölkələr arasında on illərdir davam edən ərazi mübahisəsinin həllində irəliləyiş əldə etmək üçün məlumat mübadiləsindən kənara çıxmalıdır".
Oxu.Az xəbər verir ki, "Politico" nəşri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun ABŞ-nin Hudzon İnstitutundakı onlayn seminarda etdiyi çıxışından sitat gətirib.
"Elçin Əmirbəyov bildirib ki, Azərbaycan Ermənistanın baş naziri Nikol Paşinyandan ölkəsinin Qarabağa heç bir iddiası olmadığına dair mövqeyinə əməl edəcəyini gözləyir.
Onun sözlərinə görə, Paşinyan ən çətin işi Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını açıq etiraf edərkən görüb. İndi baş nazirin öz ritorikası və siyasətini reallıqla uzlaşdıracağı gözlənilir", - məqalədə deyilir.
Qeyd edilir ki, Cənubi Qafqaz ölkələri Sovet İttifaqının dağılmasından sonra qalan ərazi mübahisələrini həll etmək və regionda uzun illərdir davam edən müharibə və etnik zorakılıqdan sonra münasibətləri normallaşdırmaq yolunda irəliləyirlər. Türkiyə və Ermənistan da əlaqələri normallaşdırmaq üçün danışıqları bərpa ediblər.
"Azərbaycan-Ermənistan münasibətləri" teqi üzrə xəbərlər
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Azərbaycan XİN rəhbəri: "Sülh müqaviləsinin mətni üzrə bəlli irəliləyişlər əldə edilib"
- Narışkin: "Azərbaycan və Ermənistan bütün məsələləri müstəqil həll etməyə üstünlük verirlər"
- Nazir müavini: "Ermənistanın fərqli mövqelərdən çıxış etməsi sülhə mane olan səbəblərdən biridir"