Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Prezident 7 milyon manat ayırdı
Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılsın.
Dövlət başçısı, həmçinin Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Göygöl Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
"Göygöl" teqi üzrə xəbərlər
- Göygölə insan axını durmadan artır: Təbiət möcüzəsindən SON GÖRÜNTÜLƏR
- Göygöldə maşın qadınları vurdu: Ölən var
- Mahnı sifarişinə görə toyda döyülən kişi xəstəxanada öldü
- Göygöldə qayınata ilə kürəkən arasında münaqişə: Bıçaqlananlar var
- AQTA: "Niasitol" preparatının insan üzərində istifadəsi qəti yolverilməzdir"