Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Prezident: "Azərbaycan Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır"
"Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır".
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul - Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda bildirilib.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzmini təqdir edirik.
"Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır.
İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik", - deyə Prezident İlham Əliyev qeyd edib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb
- Türkmənistanın nüfuzlu informasiya portalı Prezident İlham Əliyevin Çinə səfərini işıqlandırıb
- Deputat: "Bəzi qüvvələr Azərbaycana qarşı hibrid təhdidlər yaratmağa başladılar"
- İlham Əliyev Pekində "China Energy Engineering Corporation Limited" şirkətinin sədri ilə görüşüb
- Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasında