Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Prezident: Azərbaycanın regional və beynəlxalq təşkilatlarda iştirakı praqmatizmə əsaslanır
Azərbaycanın müxtəlif regional və beynəlxalq təşkilatlarda iştirakı praqmatizmə əsaslanır.
İnterfax.az xəbər verir ki, bunu Prezident İlham Əliyev deyib.
“Azərbaycanın əsas ideologiyası müstəqillik, özünü təmin etməkdir. Mən prezident kimi, Azərbaycanı özünü təmin edən, heç kəsdən asılı olmayan dövlətə çevirməyi qarşıma məqsəd qoydum.
Başqa sözlə desək, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqilliyin təməlidir”, - İlham Əliyev çərşənbə günü Davosda “Strateji baxış: Avrasiya” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, müxtəlif ölkələrin məqsədləri və iqtisadi sistemlərin zəifliyi fərqlidir.
“Çox əlverişli və cəlbedici coğrafi mövqeyimiz, enerji təhlükəsizliyini təmin edən təbii ehtiyatlarımız var. Qonşu və tərəfdaşlarla münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanır – biz heç kəsdən asılı deyilik.
Beynəlxalq təşkilatlarda iştirakımız praqmatizmlə əlaqədardır. Əgər bu, bizə biznes üçün böyük imkanlar verirsə, sabitlik, təhlükəsizliyi artırırsa, o zaman bunu vacib hesab edirik. Bir sıra beynəlxalq assosiasiyaların üzvüyük, misal üçün, Qoşulmama Hərəkatının”, - dövlət başçısı əlavə edib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım etdi
- Prezident İlham Əliyev: "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir"
- Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
- Bu xəbərləri qaçırmayın: 23.11.2024-ün ən mühüm hadisələri
- Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN