Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prezident: "Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik"
"Biz İran prezidentinin bu ay Azərbaycana səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli münasibətlərin və regional hadisələrin inkişafı baxımından vacib səfər olacaq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
Son aylar ərzində iki ölkənin yüksəksəviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər etdiklərini deyən dövlətimizin başçısı vurğulayıb:
"Seçki prosesi zamanı İranda baş verən proseslər bizi məmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var".

"VII ADA Siyasi Forumu" teqi üzrə xəbərlər
- İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
- İlham Əliyev VII ADA Siyasi Forumu ilə bağlı paylaşım etdi
- Prezident: "Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm ki, biz hər zaman onlarla olacağıq"
- Azərbaycan Prezidenti: "Biz Suriya hökumətini dəstəkləyirik"
- Prezident: "USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır"