Azərbaycan Prezidenti İlham Əliyev İlqar Məmmədova general-mayor hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın dövlət başçısının saytına istinadən verdiyi xəbərə görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi İlqar Aydın oğlu Məmmədova general-mayor hərbi rütbəsi verilsin.