Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Prezident göstəriş verdi: Azərbaycandan Suriyaya humanitar yardım yola düşdü
"Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilib".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, on yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var:
"Konvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq. Yardımın Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyi (AFAD) vasitəsilə Suriyada ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub".
"Ayxan Hacızadə" teqi üzrə xəbərlər
- Ayxan Hacızadə Nikol Paşinyanın Naxçıvanla bağlı bəyanatına cavab verib
- Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib
- Ayxan Hacızadə: "Fransa tərəfinin səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik"
- Rəsmi Bakı: "Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı iddiaları tamamilə əsassızdır"
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib