"Hazırda Azərbaycan təbii qazı NATO-nun 10 üzvünə - ABŞ-nin 10 müttəfiqinə çatdırılır. Bizim qaz tədarükümüz 14 ölkəni əhatə edir".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.
Dövlətimizin başçısı Azərbaycanın qaz təchizatı baxımından dünyada lider ölkələrdən biri olduğunu bildirib.