Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Prezident İlham Əliyev Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev ictimai-siyasi xadim Riçard Armitacın vəfatı ilə bağlı onun ailəsinə başsağlığı məktubu ünvanlayıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Görkəmli dövlət xadimi, diplomat və ictimai-siyasi xadim, Azərbaycanın böyük dostu Riçard Armitacın vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Riçard Armitac uzun illərdən bəri beynəlxalq siyasət və diplomatiya sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə həm ABŞ-də, həm də ondan kənarda böyük nüfuz qazanmışdır. O, dünyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması, münaqişələrin və gərginlik ocaqlarının aradan qaldırılması, qlobal təhdidlərin qarşısının alınması işinə mühüm töhfələr vermişdir.
Riçard Armitac Azərbaycanın dostu idi. Ona Azərbaycanda hər zaman hörmət və rəğbətlə yanaşmışlar. Azərbaycan Respublikası ilə Birləşmiş Ştatlar arasında münasibətlərin inkişafında, dostluq əlaqələrimizin möhkəmlənməsində Riçard Armitacın xidmətlərini xüsusi qeyd etmək istərdim. Onunla görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram.
Riçard Armitacın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub
- Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
- Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
- Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi
- Prezident "Nəqliyyat haqqında" Qanunda dəyişiklik barədə Fərman imzaladı