Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.
President.az xəbər verir ki, məktubda deyilir:
"Doğum gününüz münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf duyuruq. Sizə möhkəm cansağlığı, sonsuz xoşbəxtlik və bütün işlərinizdə davamlı uğurlar arzulayırıq.
Azərbaycanın tərəqqisi naminə mühüm fədakarlığınızı yüksək ehtiramla alqışlayırıq. Sizin uzaqgörən rəhbərliyiniz təkcə ölkənizin vətəndaşlarını deyil, həm də daha parlaq və firavan gələcək üçün göstərdiyiniz mühüm səylərin şahidləri olaraq hamımızı ruhlandırır.
Fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Mərkəzə olan inam və etimadınız ona bu gün dünyanın üzləşdiyi ən çətin problemlərdən bəzilərini həll edən mühüm platformaya çevrilməsinə imkan yaratmaqda önəmli rol oynamışdır.
Əlamətdar gün münasibətilə Zati-alinizi bir daha təbrik edir, ən səmimi arzularımızı bildiririk. Sizə və yaxınlarınıza uğurlu Yeni il diləyirik. Bəşəriyyətə xidmət işində daha böyük uğurlara nail olmaq üçün əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik.
Ən dərin hörmət və ehtiramla,
Kiril Qaburiçi
2015-ci ildə Moldovanın Baş naziri
Çaba Koroşi
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti
Coys Banda
2012-2014-cü illərdə Malavinin Prezidenti
Maimuna Mohd Şərif
2018-2024-cü illərdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru".
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım da dövlətimizin başçısını təbrik edib.
Təbrik məktubunda deyilir:
"Doğum gününüz münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.
Ali Baş Komandan kimi qətiyyətli və uzaqgörən rəhbərliyinizlə 44 günlük Vətən müharibəsi və 24 saat davam edən antiterror tədbirləri nəticəsində Can Azərbaycanımızın ərazi bütövlüyünü bərpa etməklə Siz həm Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini, həm də xalqınızın arzusunu yerinə yetirdiniz.
Zati-alinizin müdrik və humanist siyasəti sayəsində Azərbaycan Respublikası beynəlxalq aləmdə ona olan etimadı gündən-günə gücləndirir. Azərbaycanın sabitliyi, firavanlığı, gələcək nəsilləri üçün göstərdiyiniz dəyərli səyləri qürurla və sevinclə izləyirik.
Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə birlikdə rəhbərliyinizlə Türkiyə və Azərbaycanın reallaşdırdığı böyük layihələrə və qarşıdakı ideyalara görə hər iki ölkənin xalqları olaraq gələcəklə bağlı ümidli və qürurluyuq.
Hörmətli Prezident, fürsətdən istifadə edərək, Sizi Yeni il münasibətilə də ürəkdən təbrik edir, Can Azərbaycanın qarşıya qoyduğu bütün məqsədlərə və vəzifələrə uğurla çatmasını arzulayır, Zati-alinizə ən dərin hörmət və ehtiramımı bildirirəm".
Eyni zamanda Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov da Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, firavanlıq və bütün işlərinizdə uğurlar, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
Sizin səmərəli fəaliyyətiniz sayəsində bütün dünya Azərbaycanın nailiyyətləri haqqında məlumatlıdır.
Məni Azərbaycan xalqı ilə birləşdirən bağlar təkcə mənəvi qohumluq və ortaq köklər deyil, həm də Sizin ölkənizin görkəmli nümayəndələri ilə çoxillik münasibətlərdir. Onların arasında atanız - böyük Heydər Əliyev də var.
O, müdrik siyasi xadim idi və Siz ölkəni yeni zirvələrə apararaq atanızın işini layiqincə davam etdirirsiniz.
Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm.
Qoy qardaşlığımız, dostluğumuz daha da möhkəmlənsin və başımızın üzərində həmişə aydın səma olsun!"
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Qazaxıstana ezam olunmuş Azərbaycan nümayəndə heyəti təyyarə qəzasında xəsarət alanlara baş çəkib
- Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib
- İlham Əliyev: "Təyyarə qəzası ilə bağlı məsələ tam araşdırılmalıdır"
- Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
- Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib