Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Prezident İlham Əliyevin Pakistana dövlət səfəri bu ölkənin və dünya mediasının diqqət mərkəzindədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri bu ölkənin nüfuzlu media orqanlarının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, ingilis dilində nəşr olunan "The Express Tribune" qəzeti "Pakistanla Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə dair 15 sənəd imzalanıb" sərlövhəli məqaləsində İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi barədə məlumat verilib. Oxucuların diqqətinə çatdırılıb ki, iki ölkənin Xarici İşlər nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, tranzit və preferensial ticarət, mineral ehtiyatlar və geologiya, informasiya texnologiyaları və kommunikasiyalar, elm və texnologiya, kiçik və orta sahibkarlıq və digər sahələr üzrə sazişlər imzalanıb, həmçinin 2024-2029-cu illər üzrə mədəni mübadilə proqramının mübadiləsi olub.
"Whenewsenenglish" nəşrinin "Azərbaycan Prezidenti İlham Əliyev İslamabada iqtisadi əməkdaşlıq gündəliyi ilə gəlib" və "The İnternational News" qəzetinin "Azərbaycan Prezidenti Pakistanda iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edir" sərlövhəli məqalələrində vurğulanır ki, iki ölkə energetika, infrastruktur, nəqliyyat daşımaları və bir sıra digər sahələrdə, o cümlədən müdafiə sənayesində bir sıra layihələri nəzərdən keçirib. Prezident İlham Əliyev qeyd edib ki, iqtisadiyyat, ticarət və sərmayələr sahələrində güclü əlaqələr qurulacaq, qarşılıqlı ticarətin həcmi artırılacaq. Bu məqsədlə ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddə müəyyən edilib və bu, yalnız başlanğıcdır.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "Pakistanla birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik"
- Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"
- Şahbaz Şərif: "Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız və vəhdətimiz əfsanəvi olub"
- Azərbaycan Prezidenti: "Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir"