Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Prezident: “İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik”
“İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin. Eyni zamanda, bu, bizim fikirlərimizi söyləmək üçün fürsət olacaq”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda beynəlxalq ekspert, ABŞ-nin Azərbaycanda sabiq səfiri Metyu Brayzanın sualına cavabında bildirib.
Dövlətimizin başçısı deyib: “Siz tam haqlısınız ki, bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcəklər”.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
- Azərbaycan Prezidenti BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib
- DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirildi
- Əlilliyə görə müavinət alan şəxslərin siyahısı genişləndirildi - FƏRMAN
- İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib