Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Mingəçevirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və təmir işlərinin həyata keçirilməsi məqsədi Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılır.
N.O.