Bu gün Azərbaycanda prezident seçkilərinə nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinin son günüdür.
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, sənədlər bu gün saat 18.00-a kimi MSK-ya təqdim oluna bilər.
Qeyd edək ki, namizədlər seçki sənədlərini avqustun 20-dən etibarən təqdim etməyə başlayıblar.
Artıq oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin və Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alınıb.
Xatırladaq ki, bu gün səhər saatlarına qədər 21 nəfərin prezidentliyə namizədliyi təsdiq olunub.