MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcəklər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, müşahidə missiyasının tərkibinə 7 ölkənin parlamentindən 30 nəfər daxil olacaq.
Qrupun koordinatoru Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski olacaq.
Seçkiləri müşahidə edəcək qısamüddətli missiyanın üzvləri Azərbaycana səsverməyə bir neçə gün qalmış gələcəklər.