Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Polad İstehsalı Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu məqsədlə Prezidentin ehtiyat fondundan “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.