"Düşünürəm ki, TRIPP Prezident Trampın adını daşıyır və bu o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün və ondan sonra da vacib olacaq".
Prezident: "TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq" - VİDEO
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münhendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə bildirib.
Dövlətimizin başçısının deyib ki, əgər belə olmasaydı, Prezident öz adını (dəhlizə - red.) verməzdi. Onun adının verilməsi o deməkdir ki, bu icra olunacaq.