Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prezident və Birinci vitse-prezident deputat Qənirə Paşayevanın məzarına əklil göndəriblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın məzarına əklil göndərib.
Oxu.Az xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabandakı məzarının üzərinə qoyulub.
Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
O, sentyabrın 28-də vəfat edib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən gəlmiş həkim mütəxəssislər tərəfindən görülən bütün zəruri tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə Leyla Əliyeva və Arzu Əliyevanı qəbul edib
- Pakistanın baş naziri Bakıda Zəfər parkını ziyarət edib
- Azərbaycan Prezidenti sosial şəbəkə hesabında Ağdama səfərindən görüntülər paylaşıb
- İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub
- İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub