"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin, birinci xanımının və Birinci vitse-prezidentinin iştirakı ilə keçirilən ölkədaxili səfərlər zamanı protokol tədbirlərinin həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödəniləcək.