Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Putin Azərbaycan və Ermənistan prezidentləri ilə sabah görüşəcək
Avqustun 9-da Soçidə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla ikitərəfli görüş keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.
İ.Əliyev ilə görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının daha vacib məsələlərinin müzakirəsi, ilk növbədə energetika, investisiya və regionlararası kooperasiyalar sahəsində qarşılıqlı maraq doğuran perspektivli layihələrin irəlilədilməsi üzrə birgə addımların razılaşdırılması planlaşdırılır.
S.Sarkisyan ilə görüşdə isə iki ölkə arasında siyasi, ticari-iqtisadi və humanitar əlaqələrin gələcək inkişafı üzrə fikir mübadiləsi aparılacaq. Ermənistanın Avrasiya İqtisadi İttifaqı müqaviləsinə qoşulması prosesinə xüsusi diqqət ayrılacaq.