Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qambiya prezidenti İlham Əliyevə başsağlığı verib
Qambiya Prezidenti Adama Barrou Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Oxu.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri. Keçən il dekabrın 25-də Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həyatını itirməsi ilə əlaqədar Qambiya Hökuməti və xalqı adından, şəxsən öz adımdan Azərbaycan Hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.
Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə və bu faciə nəticəsində zərər çəkmiş insanlarladır. Bu çətin anlarda Qambiya Hökumətinin mənəvi dəstəyi sizinlədir.
Həyatını itirənlərin ruhları şad olsun. Sizə bu ağrı-acılı günlərdə səbir diləyirəm".
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti İlham Əliyev Davosda Ukrayna prezidenti ilə görüşüb
- Azərbaycan üçün yeni hədəflər: Davos İqtisadi Forumunun əhəmiyyəti nədir?
- Prezident İlham Əliyev Davos səfəri ilə əlaqədar paylaşım edib
- Prezident İlham Əliyev Davosda "Carlsberg Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb
- Prezident İlham Əliyev Davosda İsrail prezidenti ilə görüşüb