Ermənilər əsəbiləşiblər – qondarma “Dağlıq Qarabağ Respublikasının” (“DQR”) “xarici işlər naziri” Qarabağın nə vaxtsa Azərbaycanın tərkib hissəsi olub-olmayacağı ilə bağlı suala kifayət qədər qəribə cavab verib – o, “müəyyən perspektivlər, müəyyən ümidlərin olduğunu” bəyan edib.
AZE.az xəbər verir ki, işğalçıların “parlamenti” işğal olunmuş Qarabağın “XİN” rəhbəri Karen Mirzoyanı kəskin tənqid edib.
“Parlamentin” bəyanatında qeyd olunur:
“Qondarma “DQR”in “xarici işlər naziri” vəzifəsini tutan Karen Mirzoyan iyunun 12-də “Frans-24” peyk kanalına müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtması ilə hansısa bir perspektivin olub-olmadığı barədə suala bu şəkildə cavab verib: “müəyyən perspektivlər, müəyyən ümidlər var”.
İlk baxışdan bu bəyanata inanmaq çətindir, lakin fakt faktlığında qalır, ArmToday yazır.
“İndiyədək müsahibənin bu hissəsi ilə bağlı rəsmi izahat verilməyib, buna görə də, bizim yanlışlığa yol verilməsi halı deyil, rəsmən qəbul edilmiş satqın mövqe ilə qarşılaşdığımızı söyləməyə əsasımız var.
Deyilənlər həm də ona əsaslanır ki, “DQR”in “XİN” rəhbəri işğal olunmuş əraziləri “bufer təhlükəsizlik zonası” adlandırıb.
“Bu bəyanata görə Ermənistanın kriminal rejimi məsuliyyət daşıyır. Onlar şəxsi hakimiyyətlərini uzatmaq və geosiyasi mərkəzlərin razılığını qazanmaq üçün açıq şəkildə milli maraqlara xəyanət etməyə hazırdırlar” – deyə, “parlamentin” nümayəndələri hesab edirlər.
www.aze.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin