Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qazaxıstan mətbuatı Azərbaycan Prezidentinin çıxışından sitat gətirir
Qazaxıstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan "AZAL" sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşündə çıxışını işıqlandırıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Tengrinews.kz" Azərbaycan Prezidentinin Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı təqsirkarların cəzalandırılması tələbi ilə çıxış etdiyini və ictimaiyyətin araşdırmanın ilkin nəticələrini tezliklə öyrənəcəyini bəyan etdiyini yazır.
"Kaztag.kz" nəşri dövlət başçısının sözlərinə istinadən yazır ki, Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının həlak olmasına görə məsuliyyət Rusiya Federasiyasının nümayəndələrinin üzərinə düşür. "Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, biz tam şəffaflıq və insani davranış tələb edirik", - deyə nəşr Prezidentin sözlərini çatdırır.
"Zakon.kz" Prezident İlham Əliyevə istinadla təyyarənin "qara qutu"larının açılmasına başlanılması və fəlakətə görə günahkarların məsuliyyətə cəlb edilməsi tələbi ilə bağlı məlumat yayıb.
"Orda.kz" nəşri Azərbaycanın dövlət başçısının Dövlətlərarası Aviasiya Komitəsinin "qara qutu"larının açılmasında iştirakına qəti etirazı ilə bağlı sözlərinə istinadən qəzaya uğramış təyyarənin "qara qutu"larının Braziliyada deşifrə edilmə səbəbini izah edib.
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən "AZAL"ın sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
- Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
- Prezident İlham Əliyev: "Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir"
- Prezident: "Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır"
- Prezident: "Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir"