Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransın ilk günü başa çatıb
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın ilk günü başa çatıb.
"Report" xəbər verir ki, 51 ölkədən 100-dən çox xarici qonağın, yerli rəsmilərin iştirak etdiyi tədbirdə müxtəlif panel sessiyaları keçirilib.
"Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış", "Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri", "Beynəlxalq vəkillik və diplomatiyanın rolu", "Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması", "Mədəni irsin qorunması və bərpası" adlı panel sessiyalarında qonaqlar müzakirələr aparıblar.
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov konfransın bağlanış mərasimində çıxışı zamanı deyib ki, müzakirələr Qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına qayıdış hüququnun təmin edilməsinin davamlı sülhün və ədalətin bərqərarı üçün zəruri olduğunu göstərib.
"Qərbi Azərbaycan İcması olaraq, bu platformanı hər il davam etdirmək, mövzu ətrafında daha geniş elmi, hüquqi və ictimai müzakirələri təşviq etmək niyyətindəyik".
Qeyd edək ki, konfrans sabah da davam edəcək. Sabahkı proqramda qonaqların Bakıda gəzintisi, həmçinin beynəlxalq konfransın mədəni hissəsi baş tutacaq.
Zirədəki Ekoparkda tədbir iştirakçıları ilə birgə ağacəkmə aksiyasının həyata keçirilməsi də nəzərdə tutulur.
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın açılış mərasimi başa çatıb.
Oxu.Az xəbər verir ki, tədbir panel sessiyalarla davam edir.
Qeyd edək ki, konfransda 51 ölkədən - 101 xarici nümayəndə iştirak edib. Tədbir sabah - dekabrın 6-da mədəni hissə ilə davam edəcək.
Belə ki, iştirakçılar ağacəkmə aksiyasını həyata keçirdikdən sonra Qərbi Azərbaycanlıların Ermənistanda dağıdılan mədəni irsi ilə bağlı filmə baxacaqlar.
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfrans keçirilir.
Oxu.Az xəbər verir ki, 51 ölkədən - Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Efiopiya, Estoniya, Əlcəzair, Fransa, Xorvatiya, İordaniya, İraq, Koreya, Litva, Macarıstan, Malayziya, Mərakeş, Misir, Monteneqro, Nepal, Niderland, Norveç, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Tailand, Ukrayna və Yeni Zelandiyadan 101 xarici qonaq konfransda iştirak edir.
Qonaqlar arasında 7 ölkədən 11 parlament üzvü, 1 ölkənin prezidentinin və 1 ölkənin vitse-prezidentinin müşaviri, 1 sabiq nazir, 2 ölkədən sabiq səfir, 17 ölkənin 23 məşhur universitetinin 24 professoru, Azərbaycan diasporunun 14 fəal üzvü, 17 ölkədən 20 araşdırma mərkəzi və akademiyanın təsisçisi, rəhbər şəxsi, 11 ölkədən 12 beynəlxalq araşdırma institutunun rəhbəri, eksperti, 3 ölkəni təmsil edən 3 hökumət şurası üzvü, 8 ölkəni təmsil edən 8 hüquqşünas və hüquq müdafiəçisi 1 hərəkat lideri, müxtəlif ölkə parlamentləri aparatlarının məsul əməkdaşları, jurnalistlər, iş adamları yer alırlar.
Konfrans zamanı 10 ölkəni təmsil edən 16 nəfər Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyünə qəbul olunub.
Həmçinin tədbirdə Azərbaycanda akkreditə olunmuş 25-dən artıq diplomatik nümayəndəlik təmsil olunur.
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması: "Ermənistan XİN-in əsassız bəyanatını qınayırıq"
- Xronika: "Qədim xristian udi-alban icması bu gün ermənilər üçün böyük bəladır"
- Xronika: "Tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilərin gizli planları"
- Qərbi Azərbaycan İcması BMT Baş katibi və qurumun rəsmilərinə məktublar ünvanlayıb
- Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb