Bu gün Qırğızıstan parlamentinin Beynəlxalq məsələlər üzrə komitəsi Ayciqit Buranovun Azərbaycana səfir vəzifəsinə namizədliyini təsdiq edib.
Oxu.Az-ın Qırğızıstan KİV-nə istinadən verdiyi məlumata əsasən, komitənin sədri, “Ar-Namıs” fraksiyasının deputatı Kanibek İmanaliyev jurnalistlərə bildirib ki, deputatlar Buranovun namizədliyini yekdilliklə dəstəkləyiblər.
KİV-in qeyd etdiyinə görə, deputatlar məsələni bağlı qapılar arxasında müzakirə edib.
Xatırladaq ki, Buranov hazırda Qırğızıstan Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkilidir.