Azərbaycan prezidenti İlham Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Yanq Birrellin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, Q. Birrel “Əsrin müqaviləsi”nin 20 illiyi ilə əlaqədar və Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərinə görə təltib edilib.
Digər sərəncamla dövlət başçısı BP qrupu baş icraçı direktorunun icra aparatının rəhbəri Alesder Darley Şeferd Kukun “Dostluq” ordeni ilə təltif edib.