Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qoşulmama Hərəkatının Gənclər Təşkilatının iqlim dəyişikliyi üzrə fəaliyyətinə dair forum keçirilib
İyunun 20-də Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumunun açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə COP29-un İqlim üzrə gənclər çempionu, QHGT-nin sədri Leyla Həsənova gənclərin qlobal problemlərin həllində iştirak etmələrinin son dərəcə vacib olduğunu bildirib.
"Bu gün biz iqlim dəyişikliyi ilə bağlı yeni normanı modelləşdiririk. Biz başa düşürük ki, bu mübarizə bütün səviyyələrin, o cümlədən gənclərin və uşaqların iştirakını tələb edir", - deyə L.Həsənova diqqətə çatdırıb.
Sonra QHGT-nin son dövrlərdə fəaliyyətini və tədbirin loqo konsepsiyasını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dünyanın gələcəyi olan gənc liderlərin dinamik və yaradıcı qüvvəsinin beynəlxalq iqlim danışıqlarında mühüm rol oynadığını bildirib.
Nazir, həmçinin gənclərin iqlim fəaliyyətində iştirakının vacibliyini xüsusi vurğulayıb.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov gəncləri tədbirdə fəal iştirak etməyə çağırıb, bütün iştirakçılara uğurlar arzulayıb.
COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxışında Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərinin iqlim dəyişikliyi və ətraf mühitin davamlılığı məsələlərinə yönəlmiş müzakirələrə cəlb olunmalarının önəmindən bəhs edib. O, 121 ölkənin gənclərini birləşdirən ən böyük beynəlxalq gənclər təşkilatı olan QHGT platformasının gənclərin iqlim fəaliyyətinə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonda xatirə fotosu çəkilib.
Bakıda Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkilatçılığı ilə iqlim fəaliyyətinə dair forum başlayıb.
"Report" xəbər verir ki, tədbirin açılışı zamanı iqlim dəyişikliyi ilə mübarizənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub.