Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qubadlının Zilanlı kəndinin və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olunub
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qubadlının Zilanlı kəndinin və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı çəkilən videomaterial nümayiş olunub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, videokadrlarda öldürülərək yandırılmış Azərbaycan polislərinin nəşləri görünür.
Kadrlarda Ermənistan ordusunun hərbçiləri danışırlar. Onlar deyirlər: "Biz bu yüksəkliyi götürmüşük. Buradan o tərəfə İrandır. Bundan sonra Zəngilana gedəcəyik. O tərəflərdə - Araz tərəfdə Zəngilandır. Babalarımızın vəsiyyətini həyata keçirdik, öz məqsədimizə çatmışıq".
Ermənistan ordusunun hərbçiləri üzərində "Daşnaksütyun" yazılmış bayrağın fonunda "Qalx daşnak Dro" mahnısı oxuyurlar.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 16-da davam etdiriləcək.
"Bakı Hərbi Məhkəməsi" teqi üzrə xəbərlər
- Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və onların hüquqi varisləri ifadə veriblər
- Azərbaycanın cəbhədən uzaq şəhərlərinin bombalanması əmri Ermənistan rəhbərliyi tərəfindən verilib
- Arutyunyan etiraf etdi: "Suriyadan və Livandan ermənilər gətirilib"
- Arayik Arutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki "bank" haqqında danışıb
- Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmaya dair yeni faktlar açıqlanıb