Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinin yeni müavini təyin olunub.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Teymur Ramiz oğlu Mehdiyev fövqəladə hallar nazirinin müavini təyin olunub.
Prezidentin digər sərəncamı ilə T.Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, Teymur Mehdiyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğludur.