Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rəqabət Məcəlləsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
“Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
“Report” xəbər verir ki, qanun layihəsinə edilmiş əlavə və dəyişiklikləri komitənin sədri Tahir Mirkişili təqdim edib.
“Sənədin 15.6-cı maddəsində “müvafiq bazarın sərhədlərinin” ifadəsi “müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin” ifadəsi ilə əvəz edilir. Bu da çox önəmli dəyişiklikdir”, - deyə o qeyd edib.
Müzakirədən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Rəqabət Məcəlləsi qəbul edildikdən təxminən altı ay sonra, yəni 2024-cü il iyulun 1-də qüvvəyə minəcək.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"