51 saylı Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Süleymanov dünən Qusar rayonu, Suduroba kənd sakinləri ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Rəşad Süleymanov “Facebook” hesabında məlumat yayıb:
“Maraqlı müzakirələr çərçivəsində keçən görüşdə Suduroba kəndindəki evlərin su ilə təmin olunması məsələsinə də toxunduq. Su kimi saf və şəffaf gələcək bizimlə olacaq!”